Ötən gün beyninə qan sızan Əməkdar artist Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.
Heftelik.az -ın məlumatına görə, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd edilib ki, ötən gün saat 14:40 radələrində 1982-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbi ilə müraciət edib. Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib: “Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir”.