Stansiya növbətçisi və ya manevrlərə rəhbərlik edən şəxs PM yüklü vaqonları yüklənməyə verməzdən əvvəl onların texniki cəhətdən yararlı olub-olmadığını yoxlamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Bütün qeydlər VU-14 nömrəli forma üzrə aparılmalıdır. PM yüklü vaqonların boşaldılması, qəbul edilməsi və göndərilməsi marşrutları xüsusi təlimatlarla müəyyən edilir. Belə vaqonlar yalnız maye yanacaqla işləyən teplovoz və ya parovozla daşınmalıdır. Bu qaydalar təhlükəli yüklərin daşınmasının maksimum təhlükəsizliyini təmin etməyə yönəlib.