Dəmir yollarının mühafizə xidməti PM yüklü qatarlar barədə əvvəlcədən məlumatlandırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Müşayiət olunan qatarların hərəkət etdiyi sahələrdə mühafizə dəstələri məlumatlandırılmalıdır. PM yüklü qatarların texniki nasazlıqları aşkar edildikdə, bu nasazlıqların miqyasına görə tədbirlər görülməlidir. Problem kiçikdirsə, qatarın tərkibində həll edilə bilər. Ciddi nasazlıq olduqda, vaqon tərkibdən ayrılaraq xüsusi dəmir yollarına yönləndirilməlidir. Mühafizə olunan qrupdan ayrılan hər bir vaqonun təhlükəsizliyi təmin edilməlidir.