Hava limanlarının mühüm əhəmiyyətli obyektləri xüsusi kateqoriyalara bölünür. Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Obyektlərin kateqoriyalanması beynəlxalq standartlar və BMAT-ın rəhbərliyi əsasında həyata keçirilir. Aerovağzal binaları və sərnişin terminalları mühüm obyektlər sırasındadır. Həmçinin, hava gəmiləri və uçuş-enmə zolaqları da bu kateqoriyaya daxildir. Texniki rabitə vasitələri və uçuşları idarəetmə mərkəzi mühüm əhəmiyyət kəsb edir. İşıq siqnal sistemləri və aeronaviqasiya qüllələri də müdafiə planlarına daxil edilir. Elektrik təchizatı sistemləri və yanacaq doldurma kompleksləri də xüsusi qorunma tələb edən obyektlərdəndir.