Şəxs tərəfindən hazırlanmış kustar partlayıcı qurğular (KPQ) hava limanlarında təhlükə mənbəyidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

KPQ sərnişinlər, heyət üzvləri və ya hava limanının əməkdaşları tərəfindən gizlədilərək nəzarət olunan zonalara keçirilməkdədir. Terrorçular tərəfindən KPQ-lər fərqli üsullarla, həmçinin elektron cihazlarda və baqajda gizlədilir. KPQ-lərin hazırlanmasında metalın az miqdarı və ya olmaması, maye və bərk partlayıcı maddələrdən istifadə təhlükəni artırır. Bu qurğuların daşınması üçün həm sərnişinlərdən, həm də insayderlərdən istifadə olunur. Təhdid modeli partlayıcı qurğuların müxtəlif üsullarla gizlədilməsi və çatdırılması xüsusiyyətlərinə əsaslanır.