Metodikanın əsas vəzifələri qanunsuz müdaxilə aktlarının səbəblərinin araşdırılması və qarşısının alınmasıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Aviasiya təhlükəsizliyi sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Təhlükəsizlik tədbirlərinin təsirli və iqtisadi səmərəli kompleksinin tətbiqi təmin edilir.
Hava daşımalarının müntəzəmliyi və təhlükəsizliyi üçün aviasiya subyektlərinə köməklik göstərilir.
Təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması təmin edilir.
Texniki vasitələr və insan resurslarının düzgün bölünməsində metodiki dəstək verilir.
Təhlükəsizlik tədbirlərinin səmərəliliyi təhlil edilir və təkliflər hazırlanır.
Dövlət Proqramında və Qaydalarda dəyişikliklər təklif olunur.
Metodika təhlükəsizliyin təminində səmərəli idarəetməni hədəfləyir.