Siqnallardan istifadə olunmadan yoldəyişənlərin açıldığı hallarda qatarların qəbul və göndərilməsi qadağanedici göstərici ilə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Marşrutun boşluğu və yoldəyişənlərin vəziyyəti texniki sərəncam aktı ilə yoxlanılmalıdır. Bu yoxlama qeyri-ümumi istifadəli dəmir yollarında müvafiq təlimata əsasən aparılır. Yoldəyişən və izolyasiya olunmuş sahələr açıldıqda onların vəziyyəti idarəetmə aparatının göstəricisi ilə yoxlanmalıdır. Elektromexanik və stansiya növbətçisi birlikdə bu yoxlamanı icra etməlidir. Açılan qurğu barədə məlumat baxış jurnalında qeyd olunmalıdır.