Qatarların vaxt aralığı ilə hərəkəti bəzi hallarda qadağan edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Qarşıda gedən qatarın mənzildə dayanması nəzərdə tutulduqda bu üsul tətbiq edilmir. Eyni zamanda, əlverişsiz hava şəraitində və siqnalların görünməsini çətinləşdirən hallarda da məhdudiyyət qoyulur. Bir yollu və iki yollu mənzillərdə vaxt aralığı ilə göndərilmə telefon əlaqəsi ilə tənzimlənir. Bu mənzillərin jezl aparatları xüsusi vinti açılan jezllərlə təchiz olunmalıdır. Bütün təhlükəsizlik tədbirləri nəzərə alınmalıdır.