PM yüklü vaqonların texniki nasazlıqları aşkar edilərsə, təhlükəsizlik tədbirləri yerinə yetirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Ayrı-ayrı vaqonların açılması yalnız onların mühafizəsi təmin edilərsə mümkündür. Əks halda, bütün mühafizə olunan qrup açılmalı və əlavə mühafizə çağırılmalıdır. Əlavə mühafizə gəldikdən sonra saz vəziyyətdə olan vaqonlar yenidən təyinatı üzrə göndərilə bilər. Hərbi eşelonlar və xüsusi seksiyalar arasında PM yüklü vaqonlar yerləşdirilərkən əlavə təhlükəsizlik tədbirləri görülməlidir. PM yüklü qatarların təhlükəsiz hərəkəti üçün bütün normativlərə ciddi riayət edilməlidir.