Hava gəmisinə partlayıcı maddələrin qida konteynerlərində gizlədilməsi ehtimalı təhlükəli təhdid olaraq qiymətləndirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Bort qidaları və ləvazimatlar terrorçular üçün potensial gizlətmə vasitəsi rolunu oynaya bilər.
Hazırda belə hallar qeydə alınmasa da, gələcək üçün bu risk istisna edilmir.
Bu cür hücumların həyata keçirilməsi üçün insayderlərin iştirakı xüsusilə təhlükəlidir.
Bortda baş verə biləcək partlayış yüzlərlə insanın həyatına son qoya bilər.
Eyni zamanda, belə bir hadisə aviasiya şirkətlərinin reputasiyasına ciddi zərbə ola bilər.
Mütəxəssislər bu təhdidin nəticələrini yüksək, baş vermə ehtimalını isə orta-aşağı kimi dəyərləndirir.
