PM yüklü vaqonların bəzi növ qatarlarla qoşulması qadağan edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Onlar sərnişin, poçt-baqaj və bəzi hərbi eşelon qatarlarına qoşula bilməz. Həmçinin, üçüncü və daha yüksək dərəcəli qabaritsiz yüklü qatarlara birləşdirilməsinə icazə verilmir. Qatar uzunluğu normadan artıq olduqda PM yüklü vaqonlar həmin tərkibə əlavə oluna bilməz. Bu qadağalar təhlükəli yüklərin təhlükəsiz daşınmasını təmin etmək məqsədi daşıyır.