Hava limanı sistemlərinə kiberhücum ehtimalı müasir dövrdə real təhlükə kimi qiymətləndirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Bu sistemlərə girişə nəzarət, siqnalizasiya, baxış və partlayıcı aşkarlama texnikaları daxildir.

Eyni zamanda videomüşahidə, baqaj emalı və gömrük nəzarəti sistemləri də hücumlara açıq sahələrdir.

Cinayətkarlar bu sistemlərin işini pozaraq təhlükəsizlik tədbirlərini zəiflətməyə çalışa bilərlər.

Xüsusilə avtomatlaşdırılmış giriş sistemlərinin sıradan çıxarılması ilə daxili hücum imkanları yarana bilər.

Bu kimi hallarda əməliyyatların pozulması və hava limanında xidmət keyfiyyətinin aşağı düşməsi mümkündür.