Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının azaldılması bütün iştirakçıların paylarının nominal dəyərinin azaldılması ilə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Bu azalma payların nisbətini qoruyaraq aparılır və ümumi yığıncağın qərarı ilə təsdiqlənir. Azaldılma qərarından sonra cəmiyyət öz kreditorlarına yazılı məlumat göndərməlidir. Kreditorlar məlumatı aldıqları gündən etibarən bir ay müddətində öhdəliklərin vaxtından əvvəl yerinə yetirilməsini tələb edə bilərlər.