Tanınmış jurnalist Ağaddin Babayev vəfat edib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,o, doğulub boya-başa çatdığı Lənkəran rayounu Şağlaser kəndində 69 yaşında dünyasını dəyişib.
Ağaddin Babayev bu gün kənd qəbiristanlığında dəfn olunacaq.
1956-cı ildə anadan olan Ağaddin Babayevin hekayə, pyes və şeirləri, habelə rus və dünya ədəbiyyatından tərcümələri müxtəlif almanaxlarda, mətbu orqanlarında dərc olunub.
Bir neçə pyesi və tərcüməsi Lənkəran və Mingəçevir Dövlət Dram Teatrlarında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Salyan Dövlət Kukla Teatrında tamaşaya qoyulub.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Teatır Xadimlər İttifaqının üzvü idi.
Qeyd edək ki, Ağaddin Babayev bir müddət APA-nın cənub bölgəsi üzrə müxbiri olub.
Allah rəhmət eləsin.
