KPQ-nin bədən üzərində, əl yükündə və ya baqajda gizlədilməsi təhlükənin geniş yayılmasına səbəb olur.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Metal miqdarı az və ya metal olmayan KPQ-lərin aşkar edilməsi çətinləşir. Iri həcmli əl yükündə KPQ gizlətmək bədən üzərində daşımaqdan daha asandır. Terror qrupları bu təhlükələri gizlətmək və yaymaq üçün müxtəlif üsullardan istifadə edir. KPQ-nin sonradan yığılması üçün komponentlər ayrı-ayrı gizlədilə bilər. Bu qurğuların istifadə məqsədi həm hava gəmisinə, həm də hava limanının ərazilərinə hücumdur. Terror aktlarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər tələb olunur.