Pilotsuz uçuş aparatlarının yaratdığı təhlükəni azaltmaq üçün həm normativ hüquqi, həm də texniki tədbirlərə ehtiyac var.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Mövcud zəifliklərə görə bu cihazların əldə edilməsi və istifadəsinin qarşısını almaq çətindir. Bu səbəbdən hava limanları ətrafında müşahidə sistemlərinin tətbiqi mühüm əhəmiyyət daşıyır. Hücum halında pilotlar və texniki heyət müvafiq cavab tədbirlərinə hazır olmalıdır. Eyni zamanda, ictimaiyyətin məlumatlandırılması və xəbərdarlıq mexanizmləri gücləndirilməlidir. Hücum baş verdikdə effektiv təxliyyə və yanğınsöndürmə işləri də zərərin azaldılmasında əsas rol oynayır. Hüquqi cəza tədbirləri ilə bu texnologiyanın sui-istifadəsinin qarşısı alınmalıdır.