Pozucu modelində pozucular təkbaşına daxili, qrup şəklində daxili, təkbaşına xarici, qrup şəklində xarici və daxili-xarici birgə forması kimi təsnif edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Hər tip pozucunun fəaliyyəti ehtimalı fərqlidir və 0,1-dən 0,5-ə qədər dəyişir. Pozucuların motivləri şəxsi, iqtisadi və siyasi ola bilər. Məlumatlılıq səviyyəsi az, orta və yüksək kimi təsnif olunur. Hazırlıq səviyyəsi isə aşağı, orta və yüksəkdir. Texniki təchizatda müxtəlif vasitələrdən istifadə edilir. Bu amillər müdaxilə riskini formalaşdırır və qiymətləndirmədə nəzərə alınır.