Mülki aviasiyanın təhlükəsizlik sistemi layihələndirilərkən risklərin idarəolunması üzrə bir sıra tədbirlər görülməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda öz əksini tapıb.

Bu tədbirlər arasında müvafiq struktur bölmələrin yaradılması və vəzifələrin bölüşdürülməsi, risklərin qiymətləndirilməsi metodikasının müəyyənləşdirilməsi yer alır.

Mühafizə olunan obyektlərin vacibliyinə görə təsnifatı və ziyanın qiymətləndirilməsi aparılır.

Hava limanları və mühüm obyektlərin zəiflikləri qiymətləndirilir, pozucu modellər müəyyənləşdirilir.

Qabaqlayıcı və əlavə əks-tədbirlər sistemi formalaşdırılır, hesabatların hazırlanması və təqdimatı təşkil edilir.

Nəzarət formaları müəyyənləşdirilir və müntəzəm monitorinq aparılır.

Risklərin idarəolunması tədbirlərinin dəqiq və dayanıqlı olması üçün qiymətləndirmə mütəmadi həyata keçirilməlidir.