Sərnişinin üzərində keçirilən kustar partlayıcı qurğu (KPQ) təhlükəsi mülki aviasiya üçün ciddi təhdid yaradır.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində SMA köməyi ilə sərnişinlərə baxış aparılır. Fiziki baxış seçmə yolu ilə 10%-dən 100%-ə qədər həyata keçirilir. Ayaqqabılara texniki vasitələrlə 100% baxış təmin olunur. ETD vasitəsilə 10%-dən 50%-ə qədər sərnişinlərə baxış edilir. Bu tədbirlər təhlükənin qalmaqda olan riskini azaltmaq məqsədi daşıyır. Yüksək risk səviyyəsində təhlükəsizlik yoxlamaları daha da sərtləşdirilir.