Belə terror aktlarının nəticələri çox ciddi ola bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Cinayətkarların insanlara və kritik obyektlərə ciddi ziyan vurmaq qabiliyyəti bu hücumları daha cəlbedici edir. Nəticələrin ümumi qiyməti ORTA-YÜKSƏK olaraq qəbul edilir. Müdafiəsizliyin səviyyəsi də ORTA-YÜKSƏK kimi qiymətləndirilir. Bu zəifliyi aradan qaldırmaq üçün aerovağzal giriş yollarına nəzarət gücləndirilməlidir. Nəqliyyat vasitələrinin aerovağzal binalarından ən azı 50 metr uzaqda yerləşdirilməsi tələb olunur. Bundan əlavə, nəqliyyat vasitələrinin dayanmasının qarşısını almaq üçün xəbərdaredici lövhələr və qoruyucu maneə sistemləri quraşdırılır.