Qaydaya görə, hava gəmilərinə və onların komponentlərinə texniki xidmət yalnız Agentlik tərəfindən sertifikatlaşdırılmış təşkilatlar tərəfindən göstərilə bilər. Agentlik dedikdə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Mülki Aviasiya Agentliyi nəzərdə tutulur.

Heftelik.az-ın məlumatına görə, bu, “Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması Qaydası”nda əksini tapıb.

Hava gəmisinin sahibinin texniki xidmət proqramını təsdiqləməsi də zəruridir. Texniki işlər həmin proqram əsasında yerinə yetirilməlidir. Bu sistem aviasiyada texniki nəzarətin hüquqi əsaslarını gücləndirir.