Yoldəyişən və izolyasiya olunmuş sahə açıldıqda, müvafiq təhlükəsizlik tədbirləri görülməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Stansiya növbətçisi və ya onun göstərişi ilə operator yoldəyişənlərin dəstəklərinə qırmızı qapaqcıqlar taxmalıdır. Bu tədbir yoldəyişənlərin qeyri-ixtiyari idarə edilməsinin qarşısını almaq üçün vacibdir. Üzərindən hərəkətə icazə verilən yoldəyişənlər açılmadan əvvəl bərkidilməlidir. Bu bərkidilmə siqnallardan istifadə edilib-edilməməsinə görə fərqli üsullarla aparılır. Elektrik ötürücüsündən aralanmış və ya aralanmamış tiyələr müxtəlif kilidləmə üsulları ilə bağlanır.