Bu Metodikanın məqsədləri üçün bir sıra əsas anlayışlardan istifadə edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Aviasiya təhlükəsizliyi sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Cavab tədbirləri – böhran vəziyyətinin qarşısının alınması və qanunsuz müdaxilə aktlarının aradan qaldırılması məqsədilə görülən tədbirlərdir.

Ən zəif nöqtə hava limanında yerləşən, zədələnməsi fəaliyyətin pozulmasına səbəb olan avadanlıqdır.

Daxili pozucu – təhlükəsizlik zonasına müşayiətsiz daxil ola bilən xidmət personalı arasındakı potensial pozucudur.

Kompüter hücumu (kiber hücum) – informasiya sistemlərinə texniki və proqram vasitələri ilə edilən məqsədyönlü ziyanverici təsirdir.

Mülki aviasiya obyektləri hava limanları, hava gəmiləri və əlaqədar tikililəri əhatə edir.

Mühüm əhəmiyyətli obyektlər milli təhlükəsizliyə ciddi təsir göstərən və dayandırılması fövqəladə vəziyyət yaradan obyektlərdir.