Çarpazın hərəkətedən ürəkciyi təhlükəsizliyi təmin etmək üçün xüsusi qurğu ilə bərkidilir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Bu qurğu asma qıfılla bağlanır. Yoldəyişənin təmiri zamanı tiyələr arasında əlaqə pozulsa, onların bərkidilməsi xüsusi qaydalara uyğun aparılır. Tiyələr infrastruktur sahibinin müəyyən etdiyi tələblərə əsasən rama relsinə sıxılır. Sıxılmış tiyələr cəftə və asma qıfılla bağlanır.