Hərbi qarovul və ya yük sahiblərinin müşayiəti ilə gedən PM yüklü vaqonlar qrupundan ayrıla bilməz.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Nasazlıqlar aradan qaldırılmalı və yüklər digər saz vaqonlara keçirilməlidir. Bu proses Təhlükəli Yüklərin Dəmir Yolu Nəqliyyatı ilə Daşınması Qaydalarına uyğun icra edilir. Təmir və yüklərin köçürülməsi bitdikdən sonra vaqonlar əvvəlki qrupuna qoşulur. Vaqonlar təyinat məntəqəsinə göndərilməzdən əvvəl yoxlanmalıdır. Mühafizə və müşayiət xidmətləri təhlükəsizlik qaydalarına tam riayət etməlidir.