Qətər Müdafiə Nazirliyi ABŞ-ın bu ölkədəki “Əl-Udeyd” aviabazasına hücumla bağlı məlumat yayıb.

Heftelik.az-ın məlumatına görə, Qətər Müdafiə Nazirliyi İrandan  “Əl-Udeyd” aviabazasına atılan raketlərin hava hücumundan müdafiə sistemləri tərəfiondən uğurla dəf etdiyini açıqlayıb.

Nazirlik həmçinin hücum zamanı ABŞ bazasında ölən və ya xəsarət alan olmadığını açıqlayıb.

***

saat 21.05

İran ABŞ-ın Qətər və İraqdakı hərbi bazalarına raket zərbəsi endirib.

Heftelik.az-ın məlumatına görə, İran ABŞ-ın Qətərdəki  Əl-Udeyd bazasına  10 raket atıb.

ABŞ-ın İraqdakı hərbi bazalarından birinə də zərbə endirib.

İran əməliyyatı “Böyük Zəfərin müşdəsi” adlandırıb.