Kommandit ortaqlığına maya qoyan şərikli kapitala qoyuluş etməyə borcludur.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Maya qoyan ortaqlıqdan mənfəət almaq, illik hesabatlarla tanış olmaq və maliyyə ili sonunda çıxmaq hüququna malikdir. O, həmçinin şərikli kapitaldakı payını digər şəxslərə verə bilər. Maya qoyanın payını tam şəkildə verməsi ortaqlıqda iştirakının sona çatmasına səbəb olur.