Orta və böyük rəis heyəti üçün də müəyyən bilik və bacarıqların olması tələb edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında Əsasnamə”də qeyd olunub.
Onlar “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunu və etik davranış qaydalarını bilməlidir. Xidməti hüquq və vəzifələri də onların diqqətində olmalıdır. Orta və böyük rəis heyəti xüsusi texnika və rabitə vasitələrinin tətbiq qaydalarını və iş prinsiplərini yaxşı bilməlidir. Kargüzarlıq işlərini aparmaq bacarığı da onların vəzifəsinə daxildir. Öz işini planlamaq və xidmət üzrə uçot və hesabat aparmaq qabiliyyətinə malik olmalıdırlar. Xüsusi texnika və rabitə vasitələrini işə hazırlamaq və tətbiq etmək bacarığı tələb olunur. Təcili tibbi yardım gələnədək ilk tibbi yardım göstərmək bacarığı da onlar üçün zəruridir.