Ortaqlıqda SƏLAHİYYƏTLƏR

23 İyun 2025, 01:06

Ortaqlıq, iştirakçılarının səlahiyyətlərini məhdudlaşdıran nizamnamə müddəalarına istinad edə bilməz.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Lakin, əgər üçüncü şəxslər əqdin bağlandığı vaxt ortaqlıq iştirakçısının hüququ olmadığını bilirsə, bu hallar istisna təşkil edir. Məhkəmə, səlahiyyətlərin məhdudlaşdırılması ilə bağlı ciddi əsaslar olduğu təqdirdə qərar verə bilər. Bu qərar nəticəsində ortaqlığın nizamnaməsində dəyişikliklər edilə bilər.