Telefon əlaqəsi ilə qatarların vaxt aralığı ilə göndərilməsi zamanı geri qayıdan qatarlar üçün xüsusi bildirişlər verilir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

İlk bildirişdə nömrəli qatarın göndərilməsi və müəyyən dəqiqədən sonra başqa qatarın geri qayıtması qeyd olunur. Digər bildirişdə isə qatarın göndərilməsi və geriyə qayıdan qatarın gözlənilməsi barədə məlumat verilir. Hər bir qatarın göndərilməsi bu təlimatın müvafiq bölmələrinə uyğun həyata keçirilir. Geri qayıdan qatarlar üçün bildirişlərə əlavə qeydlər daxil edilir. İkinci qatarın gəlməsi barədə telefonoqram xüsusi forma üzrə tərtib olunur.