Risklərin müəyyən edilməsi aviasiya subyektlərinə uyğun tədbirlərin seçilməsinə imkan verir.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda təsbit olunub.

Dövlət Təhlükəsizliyi Xidməti qabaqlayıcı məlumatları toplayır, təhlil edir və müvafiq qurumlara təkliflər verir.

Agentlik təhlükəsizlik risklərini aşkar edir, təhlil edir və qarşısının alınması üçün tədbirlər hazırlayır.

“Azərbaycan Hava Yolları” QSC və digər aviasiya subyektləri risklərin idarəolunması üzrə tədbirlər hazırlayır və həyata keçirir.

Hava gəmilərinin istismarçıları da təhdidlərin qiymətləndirilməsində iştirak edir və lazımi tədbirlər görür.

Risklərin qiymətləndirilməsi təhlükəsizlik sisteminin layihələndirilməsinin ilkin mərhələsidir.

Bu qiymətləndirmə obyektlərin potensial təhdidlərə və zəifliklərə qarşı müdafiəsini müəyyən edir.