Tam ortaqlığın iştirakçıları qalan iştirakçıların razılığı ilə şərikli kapitaldakı paylarını və ya hissələrini digər iştirakçılara və ya üçüncü şəxslərə verə bilərlər.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Payın verilməsi ilə, payı verən iştirakçının hüquqları həmin şəxslərə keçir. Yeni iştirakçı ortaqlığın öhdəlikləri üzrə məsuliyyət daşıyır. Əgər iştirakçı bütün payını verir, bu onun ortaqlıqda iştirakına son qoyar.