Qaydalara əsasən, hava gəmisinin texniki xidməti xidmət göstərən təşkilat və istismarçı arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Əgər istismarçı texniki xidmət göstərmək səlahiyyətinə malik deyilsə, bu zaman müvafiq sertifikata malik digər təşkilatla müqavilə bağlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması Qaydası”nda əksini tapıb.
İcarəyə verilən hava gəmilərində isə öhdəlik müqavilədə nəzərdə tutulduğu halda icarəçi tərəfindən yerinə yetirilə bilər. Texniki xidmətin bütün mərhələləri yazılı şəkildə sənədləşdirilməlidir. Beləliklə, xidmətin şəffaflığı və hesabatlılığı təmin edilir.