Çeşidləmə və sahə stansiyalarında PM yüklü vaqonlarla işləmə təlimatları təsdiq olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Bu təlimatlar infrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolu sahibləri tərəfindən hazırlanmalıdır. PM yüklü vaqonlarla bağlı məlumatları xidməti vəzifəsi olmayan şəxslərə vermək qadağandır. Stansiyada PM yüklü vaqonlarla işlər yalnız xüsusi rabitə vasitələri olmadıqda park rabitəsi ilə əlaqələndirilə bilər. PM yüklü vaqonların yerləşdirilməsi və saxlanması stansiyanın texniki-sərəncam aktına uyğun həyata keçirilməlidir. Vaqonlar bir-birinə möhkəm bağlanmalı və təhlükəsizlik siqnalları ilə çəpərlənməlidir.
