PM yüklü vaqonların xüsusi hərəkət seksiyasının tərkibində olduğu hallar üçün xüsusi təmir prosedurları müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Vaqonlar yalnız yük müşayiətçisinin və qarovul rəisinin nəzarəti altında seksiyadan ayrılıb təmirə göndərilə bilər. Bu halda bütün seksiyanın hərəkəti müvəqqəti dayandırılır. Təmir edilmiş vaqon əvvəlki yerinə qaytarılmalıdır. Əgər boş vaqon təmir oluna bilməzsə, yeni təyinat stansiyasına göndərilməsi təmin edilir. Vaqonların saxlanması stansiyanın texniki-sərəncam aktına uyğun aparılmalıdır.