Bu qanunsuz müdaxilə aktında hücumun əsas obyekti hava gəmisində olan sərnişinlərdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Məqsəd siyasi, ideoloji və psixoloji təsir göstərmək, dövlət strukturlarına təzyiq etmək və ictimai fikri yönləndirməkdir. Hava gəmisində girov götürülməklə terrorçular öz tələblərini irəli sürür və diqqət cəlb edirlər. Bu, dövlət üçün çətin siyasi və mənəvi seçimlər ortaya qoyan klassik terror aktıdır. 2016-cı ildə bu növ hadisələrə misal olaraq “İcipter” və “Afrikiya erueyz” hava gəmilərinin qaçırılması göstərilir. Hava gəmilərinin pilot kabinəsi qapılarının möhkəmləndirilməsi qaçırılma ehtimalını azaldıb. Buna baxmayaraq, belə hadisələrin ehtimalı ORTA səviyyəsində qiymətləndirilir.