Bu cür hücumlar əsasən xidmətlərin pozulması ilə müşahidə olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Məsələn, reys məlumatlarının pozulması və ya baqaj sistemlərinin sıradan çıxması mümkündür.

Bu hallarda sərnişinlərin yönləndirilməsi və əməliyyat axını pozulur.

Ən pis ssenaridə belə, risk səviyyəsi aşağı, nəticələr isə orta hesab olunur.

Risklərin idarə olunması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir.

Qalıq risk səviyyəsi hazırda qənaətbəxş sayılır.

Lakin sistemin zəiflikləri mütəmadi yenidən qiymətləndirilməlidir.