Hava hərəkətinin idarəedilməsi sistemlərinə qarşı ediləcək kiberhücumların nəticələri təhlükəli ola bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Hücum nəticəsində uçuşların koordinasiyası pozula və bir neçə hava gəmisinin təhlükəyə məruz qalması baş verə bilər. HHİ sistemlərinin dayanması hava məkanında ciddi qarışıqlıq yarada bilər. Hətta bir neçə dəqiqəlik fasilə belə insan itkisinə və böyük iqtisadi zərərlərə səbəb ola bilər. Bu səbəbdən belə hücumların mümkün nəticələri “YÜKSƏK” səviyyədə qiymətləndirilir. Elektron sistemlərə asılılıq artdıqca bu riskin təsiri daha da genişlənir. Aviasiya təhlükəsizliyinin təmin olunması üçün kibermüdafiə tədbirləri qaçılmazdır.