İran İsraillə atəşkəsin qüvvəyə minməsini təsdiqləyib.
Heftelik.az xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurası bu barədə bəyanat yayıb.
Bəyanatda atəşkəsin bərqərar olması təsdiqlənir və bu atəşkəsin birtərəfli olaraq İsrailə qəbul etdirildiyi qeyd olunub.
Bəyanatda həmçinin, İranın “düşmənlərə etimad göstərmədiyi” və hər an “barmağını tətikdə” saxladığı bildirilib.
Bu arada İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsrailə qarşı yeni raket hücumları ilə bağlı xəbərləri də təkzib edib.