ABŞ Prezidenti Donald Tramp İsrail və İranın yaxın saatlarda atəşi tam dayandırmağa razılaşdıqlarını bildirib.
Heftelik.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti “Truth Social”-dapaylaşım edib.
“İsrail və İran 12 saat müddətinə tam atəşkəs barədə razılığa gəliblər (indiki vaxtdan təxminən 6 saat sonra, İsrail və İran cari və son əməliyyatlarını başa çatdırdıqda!) və bu andan müharibə bitmiş hesab olunacaq”, – Tramp qeyd edib.
Onun sözlərinə görə, ilk olaraq İran atəşi dayandıracaq, “12-ci saatda” bunu İsrail də edəcək: “24-cü saatda dünya 12 günlük müharibənin bitməsini qeyd edəcək. Bu müharibə illərlə davam edə və bütün Yaxın Şərqi məhv edə bilərdi”.
İran xarici işlər naziri Abba Araqçi bildirib ki, hazırda İsraillə atəşkəs və ya hərbi əməliyyatlar barədə əldə olunmuş heç bir razılıq yoxdur. Abba Araqçi qeyd edib ki, İsrail yerli vaxtla səhər saat 4-dən gec olmayaraq hücumları dayandırarsa, Tehran da zərbə endirməyəcək. Onun sözlərinə görə, hərbi əməliyyatların dayandırılması ilə bağlı yekun qərar daha sonra veriləcək.