İranla İsrail arasında atəşkəs elan olunub.
Heftelik.az xəbər verir ki, bu barədə İranın “Press TV” kanalı məlumat yayıb.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp İsrail və İranın yaxın saatlarda atəşi tam dayandırmağa razılaşdıqlarını bildirib.
“İsrail və İran 12 saat müddətinə tam atəşkəs barədə razılığa gəliblər (indiki vaxtdan təxminən 6 saat sonra, İsrail və İran cari və son əməliyyatlarını başa çatdırdıqda!) və bu andan müharibə bitmiş hesab olunacaq”, – Tramp qeyd edib.
Onun sözlərinə görə, ilk olaraq İran atəşi dayandıracaq, “12-ci saatda” bunu İsrail də edəcək: “24-cü saatda dünya 12 günlük müharibənin bitməsini qeyd edəcək. Bu müharibə illərlə davam edə və bütün Yaxın Şərqi məhv edə bilərdi”.