Birinci və ikinci qatarların maşinistlərinə xüsusi yol vərəqələri təqdim edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Birinci qatar üçün yol vərəqəsində “ardınca birinci qatar”, ikinci qatar üçün isə “ardınca ikinci qatar” qeydləri edilir. Bu qeydlər maşinistlərin müəyyən edilmiş sürət qaydalarına riayət etməsinə kömək edir. Maşinistlər hərəkət zamanı infrastruktur sahibinin əmrlərinə uyğun olaraq sürətlərini tənzimləməlidirlər. Elektrojezl sistemi ilə təchiz edilmiş mənzillərdə qatarlar yalnız dispetçerin əmri ilə göndərilir. Stansiya növbətçisi qonşu stansiyanın razılığını aldıqdan sonra jezl sistemini işə salır.