Müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçular da xüsusi tələblərlə qiymətləndirilir.
Heftelik.az-ın məlumatına görə, bu tələblər “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında Əsasnamə”də təsbit olunub.
Onlar “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”ni, Silahlı Qüvvələrin nizamnamələrini və fövqəladə hallar orqanlarının qanunvericiliyini bilməlidir. Öz xidməti hüquq və vəzifələrinə tam bələd olmalıdırlar. Xüsusi texnika və rabitə vasitələrinin tətbiq qaydalarını bilməlidirlər. Mövcud texnika və rabitə vasitələrinin iş prinsiplərini və taktiki-texniki göstəricilərini yaxşı mənimsəməlidirlər. Operativ vəziyyətdə müstəqil istiqamət seçməyi və düzgün qərar qəbul etməyi bacarmalıdırlar. Xidməti sənədləri düzgün tərtib etmək qabiliyyətinə malik olmalıdırlar. Təcili tibbi yardım gələnə qədər ilk tibbi yardım göstərmək bacarığı onların vəzifəsidir.