Təzyiqin düşməsi halında sərnişinlərə oksigen təmin olunmazsa, uçuş həyata keçirilə bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Uçuş əməliyyatlarına hazırlıq Qaydası”nda əksini tapıb.
Bütün ekipaj və sərnişinlər üçün kifayət qədər tənəffüs oksigeni mövcud olmalıdır.
Oksigen çatışmazlığı insan həyatı üçün təhlükə yaradır.
Bu səbəbdən, yoxlama zamanı oksigen təminatı xüsusi diqqətdə saxlanılır.