Azərbaycan Xarci İşlər Nazirliyi İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayıb.

XİN-dən Heftelik.az-a verilən xəbərə görə, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır.

Azərbaycan XİN atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirib və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırıb: “Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq”.