Təhdid modelinin ən pis variantında terror aktının nəticələri YÜKSƏK səviyyədə qiymətləndirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
KPQ-nin hava gəmisində işə düşməsi faciəvi nəticələrə, o cümlədən sərnişinlərin ölümünə və hava gəmisinin məhv olmasına səbəb ola bilər. Ənənəvi nəzarət məntəqələrində belə qurğuların aşkar edilməsi ehtimalı çox aşağıdır, buna görə müdafiəsizlik səviyyəsi ORTA-YÜKSƏK hesab olunur. Elektron cihazlarda gizlədilmiş KPQ-lərin aşkar edilməsi isə daha da çətin olduğundan müdafiəsizlik səviyyəsi YÜKSƏK qiymətləndirilir. Ümumilikdə, alınan qalıq risk yüksəkdir. Təhlükənin azaldılması üçün sərnişinlər, heyət üzvləri və onların əşyalarının baxışdan keçirilməsi tədbirləri tətbiq olunur. Hava gəmisinin mühafizəsi və əlavə baxış növləri təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xidmət edir.