Hər bir uçuşdan öncə hava gəmisinin kapitanı və ya komanda verən pilot uçuş öncəsi texniki baxış keçirməlidir.
Bu prosedur hava gəmisinin istismara yararlılığını müəyyən etmək üçün nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması Qaydası”nda əksini tapıb. Baxışı kapitan və ya ixtisaslı mütəxəssis müstəqil həyata keçirə bilər. Əsas məqsəd təhlükəsizlik göstəricilərinə nəzarətdir. Belə tədbirlər qəza hallarının qarşısını almağa yönəlib.