Qəbələ, Göyçay, Qobustan, Yevlax, Ağdam və Ağstafa rayonlarına prokur təyin edilib.

Heftelik.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb.

Nazim Babayev Qəbələ, Ceyhun Almasov Yevlax, Səadət Rüstəmova Qobustan, Vasif Süleymanov Ağdam, Ramin Hüseynov Göyçay rayonuna prokuror təyin olunub. Anar Cəfərov isə 2-ci səlahiyyət müddətinə Ağstafa rayon prokuroru vəzifəsinə təyin olunub.