Qatarların elektrojezl sistemi ilə idarə olunması xüsusi qaydalar çərçivəsində həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Stansiya növbətçisi jezlin bir hissəsini birinci qatara, digər hissəsini isə ikinci qatara təqdim edir. Hər iki qatarın göndərilməsi barədə qonşu stansiya məlumatlandırılır. İkinci qatarın göndərilməsi mümkün olmadıqda, jezl sistemi müvəqqəti dayandırılır. Bu halda birinci qatarla göndərilən jezlin hissəsi geri qaytarılır. Sistem yenidən işə salınmazdan əvvəl bütün təhlükəsizlik tədbirləri yoxlanılmalıdır.