Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ‘”Ford” və “VAZ ” markalı minik maşınları toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanların “Ford Fusion” markalı avtomobilin sürücüsü, 1999-cü il təvəllüldü R.Qasımov, “VAZ 2106”-nın sürücüsü V.Məmmədov, həmiçinin “VAZ” olan sərnişinlər – 1967-ci il təvəllüdlü R.Əhmədova, 1991-ci il təvəllüdlü Z.Heydərov və 1985-ci il təvəllüdlü M.Eyyubova olduğu bildirilir.

Xəsarət alanlar Şəmkir rayonu Sabirkənd kənd sakinləridir. Məlumata görə, onlar orta məktəb müəllimləridir, Gəncə şəhərinə imtahan vermək üçün gəliblər.

Faktla bağlı araşdırma aparılır.